"Komandama xeyir vermək istəyirəm" - "Qəbələ"nin ROMANI

22 Yanvar 2020 16:48 Qəbələ 807
"Komandama xeyir vermək istəyirəm" -

"Qəbələ"nin hücumameylli yarımmüdafiəçisi Roman Hüseynov Sportinfo.az saytına açıqlama verib.

Antalyadakı qış-təlim məşq toplanışını qiymətləndirən 22 yaşlı futbolçu hazırlığı yüksək səviyyədə davam etdirdiklərini deyib.

"Məncə, komandanın vəziyyəti yaxşıdır və bir neçə turdan sonra daha yüksək formaya düşəcəyik. Mövsümün əvvəlki hissəsində keçirdiyimiz görüşlərdə meydana 3 xal istəyilə çıxıb qələbə qazanmaq istəyirdik. Bundan sonra da belə davam edəcəyik".

Hüseynov hazırda zədəsinin tam sağalmasını gözlədiyini vurğulayıb: "İndi bir az zədəm var, inşallah, tam sağalıb meydana çıxmağı səbirsizliklə gözləyirəm. Əsas məqsədim daha yaxşı çıxış edib çoxlu qol vurmaq, komandama xeyir verməkdir. Mübariz komandamız var, ümid edirəm ki, mövsümün sonu bizim üçün yaxşı olacaq və Avropa Liqasına vəsiqə qazanacağıq".

Digər Xəbərlər
Xəbər Lenti