Elmar Baxşıyev: "Onun gedişi bizim üçün böyük itki olar"

21 Yanvar 2020 17:20 Qəbələ 1 362
Elmar Baxşıyev: "Onun gedişi bizim üçün böyük itki olar"

"Toplanış istədiyimiz kimi keçir. Komandanın məşqlərdə istəkli olması bizi sevindirir".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib. Antalyada davam edən təlim məşq toplanışını dəyərləndirən mütəxəssis transfer məsələsinə də toxunub:

"Son oyunda böyükhesablı qələbə yox, futbolçuların oyuna yanaşması və verilən tapşırıqları düzgün yerinə yetirməsi bizi sevindirdi. Bununla belə, transfer vacibdir. Bəzi mövqeləri gücləndirməyə ehtiyac var. Axtarışlarımız davam edir. Budcəmizə və oyun üslubumuza uyğun oyunçular axtarırıq".

Komandadan ayrılması gündəmdə olan İbrahima Niasse haqda danışan Baxşıyev baxışda olan toqolu yarımmüdafiəçi Yaovi Akakpo üçün isə qərar verməyə tələsmədiyini bildirib: "Niassenin məsələsi hələ açıq qalır. Komandaya qoşulmayıb. Əlbəttə, onun gedişi bizim üçün böyük itki olar.

Akakponu hələ ki, yoxlama oyunlarında sınayırıq. Son qərar Antalya toplanışından sonra veriləcək. Komandada rəqabətin artması önəmlidir".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!