"Qəbələ"də 1 dəqiqəlik sükut və... - FOTO

21 Yanvar 2020 01:24 Qəbələ 885
"Qəbələ"də 1 dəqiqəlik sükut və... - FOTO

“Qəbələ” 2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 9-cu gününü başa vurub.

Komanda günü iki məşqlə yekunlaşdırıb. Məşqdən öncə komandanın çalışdırıcısı Elmar Baxşıyev futbolçular önündə 20 Yanvar faciəsi haqda çıxış edərək onları məlumatlandırıb.

Ardınca Qanlı Yanvar gecəsində həlak olanların ruhu bir dəqiqəlik sükutla anılıb. “Qırmızı-qaralar”ın hər iki hazırlıq prosesi meydançada baş tutub. Məşq toplu və topsuz çalışmalardan ibarət olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"