"Transfer təklifləri ilə menecerim məşğul olur"

21 Yanvar 2020 16:05 Qəbələ 1 389
"Transfer təklifləri ilə menecerim məşğul olur"

"Qəbələ"də özümü çox yaxşı hiss edirəm. Bura mənim doğma klubumdur. Transfer təklifləri ilə menecerim məşğul olur, bundan xəbərim yoxdur. O ki qaldı hazırlığa, düşərgədə ab-hava çox əladır, hər şey qaydasındadır".

Bu sözləri Sportinfo.az saytına açıqlamasında "Qəbələ"nin yarımmüdafiəçisi Rövlan Muradov deyib. 22 yaşlı yarımmüdafiəçi qarşıdakı planlar barədə məlumat verib.

"Mövsümün qalan hissəsində daha yaxşı çıxış etmək üçün bacardığımızı edəcəyik. Çalışırıq ki, oyundan oyuna daha yaxşı çıxış edək, artıraq. Əlbəttə, Premyer Liqada daha yuxarı pillələrdə getmək, yüksək yer tutmaq arzusundayıq. Məhz bunun üçün mübarizə aparacağıq. Həm kubok, həm də Premyer Liqa oyunlarında azarkeşlərimizi sevindirmək, yaxşı nəticələr qazanmaq istəyirik".

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM