"Qəbələ" Rusiya klubuna futbol dərsi keçdi

18 Yanvar 2020 21:06 Qəbələ 1 313
"Qəbələ" Rusiya klubuna futbol dərsi keçdi

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan "Qəbələ" növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, aanvarın 14-də keçirilən ilk matçda Macarıstanın MTK klubu ilə üz-üzə gələn “qırmızı-qaralar” (0:3) bu gün Rusiya təmsilçisi “Çayka” ilə qarşılaşıb. Görüş əyalət təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Pesçanokopskoyeni təmsil edən “Çayka” klubunun əsası 1997-ci ildə qoyulub. 23 yaşlı klub Rusiya çempionatının 1-ci dəstəsində - Milli Futbol Liqasında mübarizə aparır. 25 oyunda 36 xal toplayan komanda cari mövsümün qış fasiləsinə 9-cu pillədə yollanıb.

Xatırladaq ki, “Qəbələ” Antalyada daha iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 22-də Bolqarıstanın “Etar”, 25-də bu ölkənin digər təmsilçisi “Dunav”la qarşılaşacaq.

Yoxlama oyunu

18 yanvar

19:00. “Qəbələ” – “Çayka” (Rusiya) - 3:0

Qollar: İvitsa Juniç, 6, Rövlan Muradov, 35, Ülvi İsgəndərov, 51

“Titanik” meydançaları

Digər Xəbərlər
Xəbər Lenti