"Qəbələ"nin 15 futbolçusu milliyə çağırıldı

17 Yanvar 2020 01:38 Qəbələ 983
"Qəbələ"nin 15 futbolçusu milliyə çağırıldı

Azərbaycanın 16 və 17 yaşadək futbolçulardan ibarət yığmaları arasında seleksiya xarakterli 2 oyun keçiriləcək.

Sportinfo.az xəbər verir ki, qarşılaşmalara “Qəbələ”nin 15 futbolçusu çağırılıb.

Yanvarın 24-də Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq matçlarda U-16-ya 7, U-17-yə 8 oyunçumuz dəvət alıb.

Elmir Hüseyinli, Okan Təhməzli, Sənan Kərimov, Ravil Qafarov, Şahin Şahniyarov, Eşqin Əhmədov və Sənan Ağalarov U-16-nın, İbrahim Ramazanov, Nuğay Rəşidov, Emil Süleymanov, Sahil Həsənov, İxtiyar Məmiyev, Sərxan Mirzəzadə, Namiq Şamilov və Fərid Kələntərov U-17-nin heyətində yer alacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi