“Qəbələ”yə acıq verdi: "Göstərdiyimiz oyunla fəxr edirəm”

16 Yanvar 2020 10:38 Qəbələ 1 284
“Qəbələ”yə acıq verdi: "Göstərdiyimiz oyunla fəxr edirəm”

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” ilk yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yanvarın 12-dən qonşu ölkədə olan “qırmızı-qaralar” hazırlığın 3-cü günündə MTK ilə görüşüb.

“Karvansaray” otelinin meydançasında baş tutan matçı Macarıstan klubu 3:0 hesabıyla qazanıb. MTK-nın baş məşqçisi Mixail Boris böyükhesablı qələbədən razı qalıb:

“Səhər bir az yağır yağsa da, “Qəbələ” ilə oyun zamanı ideal hava var idi. Bu görüşdə üç cavabsız qol vuraraq qalib gəldik. Bu, layiqli qələbə idi.

Sevindiricidir ki, gənc futbolçulara yenə şans verə bildik. Onlar yaxşı imkanlar da yaratdılar. Görüşün axarı çox xoşuma gəldi. İndi bir az istirahət etməliyik.

Zehni cəhətdən çox yorğun və yüklənmişik. Komandamın göstərdiyi oyunla fəxr edirəm. Bu matçı zədə səbəbindən buraxan Noel Fyulop növbəti qarşılaşmalara hazır olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı