Qurbanovun bəyənmədiyi toqolu yenidən “Qəbələ”də

14 Yanvar 2020 23:40 Qəbələ 983
Qurbanovun bəyənmədiyi toqolu yenidən “Qəbələ”də

Yaovi Akakpo yenidən “Qəbələ” klubuna baxışa gəlib.

Sportinfo.az xəbər verir ki, toqolu yarımmüdafiəçi baş məşqçi Elmar Baxşıyevin etimadını qazanmağa çalışır.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Akakpo “Qəbələ”nin Antalyada Macarıstanın MTK (Budapeşt) klubuna qarşı keçirdiyi yoxlama oyununda (0:3) da iştirak edib. Məşqçilər korpusu onu əsas heyətdə meydana buraxıblar.

Akakpo ötən il də “Qəbələ”də baxışda olub. Ancaq əyalət təmsilçisinin keçmiş baş məşqçisi Sənan Qurbanov yarımmüdafiəçini bəyənməmişdi.

Digər Xəbərlər
Xəbər Lenti