"Bunu Sənan Qurbanovun istefası ilə əlaqələndirməzdim"

22 Sentyabr 2019 10:48 Qəbələ 554
"Bunu Sənan Qurbanovun istefası ilə əlaqələndirməzdim"

"Qələbə qazana bilərdik. Hesabda öndə idik. Fikrimcə, son yarım saatda konsentrasiyamız itdi, komandada boşalma oldu. Nəticədə qapımızda top gördük".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin müdafiəçisi Rasim Ramaldanov Premyer Liqanın V turunda "Səbail"lə 1:1 başa çatan oyundan sonra deyib. Heç-heçəni şərh edən 33 yaşlı futbolçu hava şəraitindən şikayətlənib:

"Çətin oyun olacağını gözləyirdik. Külək də hər iki komandaya çətinlik yaratdı. Amma yenə də uşaqlar sona qədər vuruşdular, öz oyunlarını göstərdilər. İndi evə 1 xalla dönürük. Bu heyətlə daha yaxşısını bacara bilərik. Hər şey öz əlimizdədi. İlk "beşliy"ə düşəcəyik. Məncə, hətta ondan da yuxarı yer tutacağıq".

Ramaldanovun fikrincə, son iki matçda qazanılan 4 xal baş məşqçi dəyişikliyi ilə bağlı deyil: "Son iki oyundakı uğurlu çıxışın səbəbi odu ki, komandada özünəinam artıb. Bu da öz oyunumuzu sərgiləməyə imkan verir. Bunu Sənan Qurbanovun istefası ilə əlaqələndirməzdim. Onun rəhbərliyi altında da "Sumqayıt"a qarşı eyni oyunu göstərmişdik. Amma qapımızda 2 qol görmüşdük. Düzdü, sonrakı iki matçda istədiyimiz alınmadı. Ancaq ardından futbolçularda inam yarandı".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı