"Bir az diqqətsizlik etdik"

21 Sentyabr 2019 23:15 Qəbələ 717
"Bir az diqqətsizlik etdik"

Premyer Liqanın V turunun "Səbail"lə oyununda (1:1) "Qəbələ"nin qolunun müəllifi olan Rövlan Muradov matçdan sonra Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb.

- Hesabda öndə idiz. İkinci hissədə üstünlüyü əldən verdiz. Qələbə üçün nə çatmadı?

- Son məqamda bir az diqqətsizlik etdik. Buna görə qol buraxdıq.

- Son iki oyunda "Qəbələ"də irəliləyiş hiss olunur. Bu barədənə deyə bilərsən?

- Meydanda sadəcə məşqçinin verdiyi tapşırıqları yerinə yetiririk. İstək var, əzmkarlıq var. Daha da artırmaq istəyirik ki, gələcək oyunlarda da qələbə qazana bilək. Təəssüf ki, bu gün qələbəni əldən verdik.

- Əvvəlki matçlarda niyə belə oynamırdız?

- Elmar müəllim bizdən ancaq pasla oynamağımızı istəyir. Ən sevdiyi oyun üslubu budur ki, çox ötürmə verib, qollar vuraq.

- Sənan Qurbanov fərqli tapşırıqlar verirdi?

- Taktikada müəyyən dəyişikliklər var.

- Bundan sonrası üçün nə deyə bilərsən?

- Gündən-günə hər şey daha da yaxşı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti