Elmar Baxşıyev: "Artan qrafik cızırıq, bu da məni sevindirir"

21 Sentyabr 2019 22:09 Qəbələ 1 219
Elmar Baxşıyev: "Artan qrafik cızırıq, bu da məni sevindirir"

"Qəbələ"nin baş məşqçi əvəzi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının V turunun "Səbail"lə səfər oyunundan (1:1) sonra mətbuat konfransı keçirib. Sportinfo.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

- Oyunun ağır keçəcəyini əvvəlcədən bilirdik. “Səbail” yerli futbolçulardan təşkil olunmuş yaxşı komandadı. Rəqibi düzgün təhlil edib, yetirmələrimizi oyuna yaxşı hazırlaya bildik.

- Bu, “Qəbələ”nin maksimumu idi?

- “Sumqayıt”la yoxlama oyunundan başlayaraq artan qrafik cızırıq. Bu da məni sevindirir. İki zədəlimiz var. Artıra bilərik.

- Ülvi İsgəndərovun qapıçının üstündən atdığı top çərçivəyə düşmədi. Bunu oyunun qırılma anı saymırsız?

- Gənc komandayıq. Əsas odu artıraq. Həmin epizod qol da ola bilərdi.

- Bu, tapşırıq idi ki, fasilədən sonra müdafiəyə çəkiləsiniz?

- Xeyr, belə tapşırıq yox idi. Yəqin ki, rəqib də təzyiq göstərdi, uşaqlara da hesab təzyiq göstərirdi.

- Hakimlikdən narazı idiniz?

- Xeyr, normal idarəetmə oldu. Futbol – emosiyalar oyunudu. Ola bilər hansısa epizodda etiraz edəm.

Digər Xəbərlər
Xəbər Lenti