Elmar Baxşıyev: "Hələ heçnəyə nail olmamışıq"

18 Sentyabr 2019 12:35 Qəbələ 500
Elmar Baxşıyev: "Hələ heçnəyə nail olmamışıq"

"Sabah"la oyunda komanda istəkli görünürdü. Bu, bizi sevindirdi. Qələbədə əsas pay elə komandanındır".

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

“Qəbələ” yola saldığımız həftə "Sabah”la görüşdə qələbə qazanaraq, cari mövsümdəki uğursuzluğa "dur" deyə bildi. Sənan Qurbanovun gedişindən sonra boş qalan baş məşqçi postuna gətirilən Elmar Baxşıyev qarşıdakı oyunlarda da istədikləri nəticələri qazanacaqlarına inandıqlarını bildirdi:

“Komanda şəklində hələ heçnəyə nail olmamışıq. Sadəcə bir qələbə qazanmışıq. Daha inamlı olmaq üçün qələbələr qazanıb turnir cədvəlində üst sıralara yüksəlməliyik.

Növbəti tur “Səbail”lə qarşılaşacağıq. Rəqib çempionatın güclü komandalarından biridir. Üst pillələrdə qərarlaşması da komandanın iddiasından xəbər verir. Bizi çətin oyun gözləyir”.

Baxşıyev “Qəbələ”də baş məşqçi postunda qala bilərmi? Gənc mütəxəssis bu sualın cavabının rəhbərlikdə olduğunu dedi: "Rəhbərlik nə qərar versə, biz də onunla razılaşacağıq. Sadəcə üzərimizə düşən işi layiqincə yerinə yetirmək lazımdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti