Yuri Maksimov: "Qəbələ"də böyük məmnuniyyətlə işləyərəm"

17 Sentyabr 2019 21:50 Qəbələ 688
Yuri Maksimov: "Qəbələ"də böyük məmnuniyyətlə işləyərəm"

Sənan Qurbanovun istefaya göndərilməsindən sonra baş məşqçi axtarışlarını davam etdirən "Qəbələ"ni əcnəbi məşqçi çalışdıra bilər.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, artıq menecerlər vasitəsilə kluba bir neçə mütəxəssis təklif olunub. Onların arasında "Keşlə"nin sabiq çalışdırıcısı Yuri Maksimov da var. Ancaq "qırmızı-qaralar" məsələ ilə bağlı hələ qərar verməyib. Klub rəhbərliyi Maksimovun agentindən düşünmək üçün vaxt istəyib.

Məsələni dəqiqləşdirmək üçün Maksimovla əlaqə saxladıq. 50 yaşlı məşqçi saytımıza açıqlamasında məlumatı təsdiqləyib: "Bəli, menecerim mənim xidmətimi "Qəbələ"yə təklif edib. Amma hələ cavab verməyiblər. Dedilər ki, fikirləşəcəyik. Yəni, ortada konkret nəsə yoxdur. "Qəbələ"də işləyərəmmi? Böyük məmnuniyyətlə".

"Qəbələ"nin baş meneceri Zaur Əzizov da mətbuata açıqlamasında deyib ki, bəzi məşqçilər menecerləri vasitəsi ilə komandanın sükanı arxasına keçməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, 2018-ci ilin qışından həmin mövsümün sonuna qədər "Keşlə"ni çalışdıran Maksimov paytaxt klubuna ölkə kubokunu qazandırıb. "Keşlə" finalda "Qəbələ"ni məğlub edərək, titula sahib çıxmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti