"Baxımlı qollar vurduq və uduzduq, dərs götürməliyik"

27 Noyabr 2020 01:40 Qarabağ 430
"Baxımlı qollar vurduq və uduzduq, dərs götürməliyik"

"Oyunun böyük hissəsində nəzarət bizim əlimizdə olsa da, "Sivasspor" əks-hücumlarda təhlükəli idi.

Rəqibdən daha baxımlı qollar vurduq, amma nəticədə uduzduq. Bu məğlubiyyətdən dərs götürməliyik".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Uroş Matiç Avropa Liqasının qrup mərhələsinin IV turunda İstanbulda "Sivasspor"a 2:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Serbiyalı yarımmüdafiəçi "Başakşehir" klubunun Çempionlar Liqasının qrup mərhələsində İngiltərədə "Mançester Yunayted"ə 1:4 hesablı məğlubiyyətinə də toxunub:

"İlk matçda "Başakşehir" yaxşı oynadı. Hər dəfə "Mançester Yunayted"i uda bilməzsən. 2-ci görüşdə isə səviyyə fərqi ortaya çıxdı. Bu, nəticədə də öz əksini tapdı.

Qardaşım Nemanya Matiç 10 ildir İngiltərə Premyer Liqasında çıxış edir. Dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biridir. Səviyyəsi də göz qabağındadır".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!