"Qarabağ" - "Vilyarreal" matçının hakimləri bilindi - ÇEX

27 Oktyabr 2020 13:12 Qarabağ 452
"Qarabağ" - "Vilyarreal" matçının hakimləri bilindi - ÇEX

"Qarabağ"ın "Vilyarreal"a qarşı keçirəcəyi Avropa Liqasının I qrupunun II tur oyunu üçün təyinatlar açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşma Çexiyadan olan hakimlər briqadasına həvalə edilib.

Referi Pavel Orelə Petr Blajey və İrji Krjij köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Andrey Peçanets yerinə yetirəcək.

Hakim-inspektor gürcüstanlı Levan Paniaşvili, UEFA nümayəndəsi isə Ukraynadan Anna Bordiuqovadır.

"Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu