Əmrah Çəlikəl: "Bu futbolçuya rəsmi müraciətimiz..."

22 Sentyabr 2020 16:14 Qarabağ 1 661
Əmrah Çəlikəl: "Bu futbolçuya rəsmi müraciətimiz..."

Sportinfo.az xəbər verir ki, İtaliya mətbuatında "Qarabağ"ın "Kyevo"nun forvardı Manuel Puççarelli ilə maraqlanması ilə bağlı məlumatlar yayılıb.

Bildirilib ki, 29 yaşlı hücumçu ilə danışıqlar davam etdirilir.

İddiaya görə, italiyalı futbolçunun özü də Ağdam klubu ilə anlaşmaq niyyətindədir

Maraqlıdır, yayılan məlumatlar nə dərəcədə reallığı əks etdirir? “Qarabağ”ın direktoru Əmrah Çəlikəl bu barədə cebhe.info-ya açıqlamasında bildirib ki, bu futbolçu ilə maraqlanmırlar:

"Hal-hazırda bizim hansısa futbolçuya rəsmi müraciətimiz olmayıb. Ümumiyyətlə, tez-tez buna oxşar xəbərlər çıxır. Ola bilsin, menecerlərin fəaliyyəti ilə bağlıdır. Yəni "Qarabağ" birbaşa belə bir futbolçu ilə maraqlanmayıb".

Digər Xəbərlər
Xəbər Lenti