Qurban Qurbanov nə desə, onun üçün qanundur

13 Avqust 2020 14:22 Qarabağ 1 133
Qurban Qurbanov nə desə, onun üçün qanundur

“Yarımmüdafiənin istənilən yerində, həmçinin hücumun sivri ucunda oynaya bilirəm və hər birində özümü rahat hiss edirəm“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ“ın yarımmüdafiəçisi Ovusu Kvabenaya məxsusdur.

İndiyə qədər yalnız İspaniyada futbol oynayan, müxtəlif vaxtlarda “Toledo”, “Ovyedo”, “Kartagena”, “Slamanka” və “Kordoba”nın şərəfini qoruyan qanalı legioner bildirib ki, müxtəlif mövqelərdə çıxış etmək bacarığına sahibdir. Maraqlıdır, ona hansı mövqe daha doğma və rahatdır?

2019-cu ildə Qana yığmasına da çağrılan Ovusunu dinləyək: “Konkret hansısa mövqeni fərqləndirə bilmərəm. Baş məşqçimiz Qurban Qurbanov harada şans versə, orada da oynamağa hazıram“.

Digər Xəbərlər
Xəbər Lenti