“Mançester Yunayted”in ulduzundan “Qarabağ”lıya XOŞ SÜRPRİZ - FOTO

12 Avqust 2020 15:04 Qarabağ 1 344
“Mançester Yunayted”in ulduzundan “Qarabağ”lıya XOŞ SÜRPRİZ - FOTO

“Mançester Yunayted”in futbolçusu Nemanya Matiç “Qarabağ”da oynayan kiçik qardaşı Uroşa sürpriz edib.

Sportinfo.az xəbər verir ki, Serbiya millisinin məşhur futbolçusu olan Nemanya “Kopenhagen”in oyunçuları – hücumçu Yonas Vind və Yunanıstan millisinin portuqaliyalı yarımmüdafiəçisi Zeka ilə şəkil çəkdirib.

Maraqlı burasıdır ki, “Kopenhagen”in futbolçuları “Mançester Yunayted” formasında, Nemanya Matiç isə Danimarka klubunun formasında olub. Nemanya, həmçinin, qardaşı Uroşun “Kopenhagen”də geydiyi “8” nömrəli formanı əlində tutub.

Uroş Matiç bu yay “Qarabağ”a transferinədək müqavilə ilə “Kopenhagen”ə məxsus olub. O, 2017-ci ildə “Kopenhagen” forması ilə “Qarabağ”a qarşı bir oyunda forma geyinib.

Həmçinin Uroş Matiç icarə əsasında çıxış etdiyi Kiprin APOEL klubu ilə ötən il baş tutmuş dörd oyunun hamısında “Qarabağ”a qarşı meydana çıxıb.

O, ötən ilin avqustun 13-də Çempionlar Liqasının III təsnifat mərhələsinin Bakıda baş tutan görüşündə 68-ci dəqiqədə indiki komandasına qol vurmaqla Ağdam klubunu Avropa Liqasına göndərib.

Digər Xəbərlər
Xəbər Lenti