"Qarabağ" almaq istəyərsə, 700 min avro ödəməlidir

2 İyun 2020 23:00 Qarabağ 1 626
"Qarabağ" almaq istəyərsə, 700 min avro ödəməlidir

«Ştutqart» müqavilə ilə ona məxsus olan və hazırda «Qarabağ»da çıxış edən Ayltonun yeni transfer qiymətini müəyyənləşdirib.

Daha dəqiq desək, II Bundesliqa klubu braziliyalı müdafiəçiyə qoyduğu qiyməti xeyli aşağı salıb.

Sportinfo.az-ın məlumatına görə, 25 yaşlı «sambaçı»nı almaq istəyən 700 min avro ödəməlidir.

Almaniya təmsilçisi kontraktı gələn ilin yayında başa çatacaq Ayltonu bu dəfə icarəyə vermək fikrində deyil. Məqsəd onu birdəfəlik satmaqdır. Braziliyalının Ağdam klubu ilə icarə müqaviləsi bu ayın sonu başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti