“Qarabağ” bu transferə imza atmayacaq

27 May 2020 12:44 Qarabağ 933
“Qarabağ” bu transferə imza atmayacaq

Bosniya və Herseqovina millisinin yarımmüdafiəçisi Amar Rəhmanoviçin karyerasını “Qarabağ”da davam etdirə biləcəyi haqda bu ölkənin mətbuatında xəbər yayılıb.

Faktor.ba saytı “Sarayevo”da çıxış edən bosniyalı orta sahə oyunçusunun İspaniyadan olan futbol agentliyinin vasitəsi ilə Ağdam təmsilçisi ilə müqavilə imzalamağa hazırlaşdığını iddia edib.

Bir neçə ildir pyataxt komandasının aparıcıs simalarından olan Rəhmanoviçin buradan ayrılmaq fikrinə düşdüyü bildirilir. Bosniya və Herseqovinada mövsüm oktyabr ayına qədər təxirə salındığı üçün o, ən real variant kimi “Qarabağ“ı görür.

26 yaşlı pleymeker bu mövsüm 12 oyunda 3 qol vurub, 4 qol ötürməsi edib. “Sarayevo” ilə müqaviləsi 2021-ci ilin iyununa qədər olan Amar daha əvvəl “İstra”, “Koper”, “Maribor” və “Çelye”də də forma geyinib.

“Qarabağ“dan Sportinfo.az-a verilən məlumatına görə, adıçəkilən balkanlı legioner onların maraq dairəsində deyil.

Bosniyalı ilə nə rəsmi, nə də menecerlər səviyyəsində danışıqlar aparılıb. Bildirilib ki, “Qarabağ“ın adının hallandırılması, böyük ehtimalla, futbolçunun qiymətini qaldırmaq marağına xidmət göstərir.

Digər Xəbərlər
Xəbər Lenti