"Qarabağ"a gəlir, yoxsa "Leqanes"ə gedir? - Klubundan ayrılır

15 May 2020 10:24 Qarabağ 1 220
"Qarabağ"a gəlir, yoxsa "Leqanes"ə gedir? - Klubundan ayrılır

"Qarabağ"ın mövsümün əvvəlində heyətinə qatmaq istədiyi qapıçı Markos Dias “Boka Xuniors”dan (Argentina) ayrılır.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı qolkiperin iyunun sonunda başa çatan müqaviləsi yenilənməyəcək.

Argentinalnın Avropada çıxış etmək ehtimalının olduğu və İspaniya La Liqasından "Leqanes"in onunla maraqlandığı iddia olunub.

Argentinada mövsüm koronavirus pandemiyasına görə vaxtından əvvəl yekunlaşıb. "Qarabağ" yeni mövsümdən heyətinə yeni qapıçı cəlb etmək niyyətindədir. Markos Dias 2019-cu ilin avqustunda Ağdam təmsilçisinin təklifini geri çevirib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!