"Qarabağ"da bu problem yoxdur"

8 Aprel 2020 20:00 Qarabağ 594
"Qarabağ"da bu problem yoxdur"

"Qəbələ"nin İspaniyalı legioneri Fernan Lopes ölkəsindəki koronavirus pandemiyası səbəbindən vətənə qayıtmağa qərar verib. Futbolçu belə vəziyyətdə ailəsinin yanında olmağı seçib.

Görəsən, İspaniyalı futbolçuları olan digər klubumuz "Qarabağ"da belə bir ehtimal varmı?

Ağdamlıların mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Sportinfo.az-a açıqlamasında bunları deyib: "Futbolçularımızın hamısı burdadır. Ailələri də yanlarında. Ölkəmizdə koronavirusla bağlı ciddi təhlükəsizlik tədbirləri görülür. Bu baxımdan da heç bir problem yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti