"Qarabağ"ın sevimlisi: "Heç vaxt belə bir vəziyyətlə qarşılaşmamışıq"

29 Mart 2020 14:08 Qarabağ 582
"Qarabağ"ın sevimlisi: "Heç vaxt belə bir vəziyyətlə qarşılaşmamışıq"

“Evdə qalıb qaydalara əməl etməyə çalışıram. Hər kəsin arzuladığı şey meydana çıxmaqdır, amma sağlam mühitin olması vacibdir”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri “Sabah” nəşrinə açıqlamasında “Kayserispor”un futbolçusu Pedro Enrike deyib.

29 yaşlı braziliyalı yarımmüdafiəçi koronavirusa görə evdə də qaydalara riayət etdiyini sözlərinə əlavə edib: “Diqqətli hərəkət edir və formada qalmağa çalışıram.

Amma bunlar normal məşqlərə bənzəmir. Dünya olaraq çətin bir dönəmdəyik və heç vaxt belə bir vəziyyətlə qarşılaşmamışıq. Buna görə də mübarizə aparmalıyıq. Edəcəyiniz şey çox sadədir, evdə qalın.

Ailənizlə vaxt keçirməyə çalışın. Həm onlarla vaxt keçirəcək, həm də evdə qalaraq hər kəsi qoruyacaqsınız. Bu məsuliyyətə sahib olsaq, həyat daha sürətlə normal vəziyyətinə qayıdacaq. Bunlar olsa, futbol da normallaşa bilər".

Yarımmüdafiəçi bu vəziyyətlə əlaqədar hər kəsin narahat olduğunu bildirib: “Nə olacağını bilmirik. Türkiyə Futbol Federasiyasını başa düşürəm, qərar vermək çox çətindir.

Meydana qayıdıb-qayıtmayacağımızı da demək çətindir. Əlbəttə, hər kəsin arzu etdiyi şey meydana çıxmaqdır. Sağlam mühit olmasa, oynamaq mümkün deyil”.

Pedro Enrike 2017/2018 mövsümündə icarə əsasında “Qarabağ”da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"