Qurban Qurbanov indi bu xəbərə sevinsinmi?

24 Mart 2020 10:10 Qarabağ 1 594
Qurban Qurbanov indi bu xəbərə sevinsinmi?

Dünyanın ən yaxşı məşqçilərinin növbəti reytinq siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, cədvəldə planetin 1000 ən yaxşı futbol mütəxəssisi yer alıb.

Azərbaycan siyahıda bir məşqçi ilə təmsil olunub. Yeganə təmsilçimiz “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur. 48 yaşlı mütəxəssis 1054 xala malikdir. O, dünyanın 551-ci pillədə yer alıb.

Koronavirus pandemiyası üzündən Azərbaycan Premyer Liqasının dayandırılması Qurbanovun irəliləməsinə mane olmayıb. Mütəxəssis ötən siyahı ilə müqayisədə 9 pilləlik yüksəlişə nail olub. O, ötən cədvəldə də 6 pillə irəliləyişə imza atmışdı. Ümumilikdə isə Qurbanov son üç həftədə 22 addım irəliləyib.

Siyahının 1-ci pilləsində “Liverpul”un almaniyalı baş məşqçisi Yurgen Klopp qərarlaşıb. İngiltərə Premyer Liqasının liderinin çalışdırıcısının aktivində 14 min 695 xal var.

Digər Xəbərlər
Xəbər Lenti