Milli Məclisdə Qurban Qurbanovdan danışıldı - VİDEO

26 Fevral 08:40 Qarabağ 1 146
Milli Məclisdə Qurban Qurbanovdan danışıldı - VİDEO

“Bələdiyyələrin fəaliyyəti ilə bağlı məruzəni normal qəbul edirəm”.

Sportinfo.az xəbər verir ki, bunu Milli Məclisin dünən keçirilən iclasında millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili qeyd edib ki, bu məruzə bələdiyyələrin inkişafında hansısa nəticəni ortaya qoymur:

“Bələdiyyələr yalnız vətəndaşın şikayətini dinləyib, yola salmaq səlahiyyətinə malikdir. Hədsiz mərkəzləşmə bələdiyyənin funksiyasını çətinləşdirir.

Bələdiyyələri canlı orqanizmə çevirməliyik. Bələdiyyənin olmasının xarici ölkələrdə gördüyümüz kimi, çox sayda iş yeri var.

Təəssüf ki, nə nəqliyyatda, nə tikintidə bələdiyyənin rolunu görürük. Kiçik futbol klublarını ayaqda tuta bilmirik, “Qarabağ”ı dünyaya çıxara bilirik.

Təklif edirəm ki, Ağdamda tikiləcək stadiona Qurban Qurbanovun adı verilsin”.

Ətraflı videoda:

Digər Xəbərlər
Xəbər Lenti
13 Aprel 23:35 Çək və bizə göndər!