"Qarabağ"dan çex qapıçı üçün yarım milyonluq təklif

7 Dekabr 2019 14:15 Qarabağ 1 561
"Qarabağ"dan çex qapıçı üçün yarım milyonluq təklif

"Sent-Mirren"in qapıçısı Vatslav Qladki karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportinfo.az Şotlandiya mətbuatına istinadən xəbər verir ki, adı açıqlanmayan əcnəbi klubu çexiyalı qolkiperə görə 200 min funt-sterlinq (təqribən 450 min manat) təklif edib. Yerli KİV həmin komandanın "Qarabağ" olduğunu iddia edir. Ancaq "Sent-Mirren" rəhbərliyinin 29 yaşlı çərçivə qoruyucusunu bu məbləğə satmaq fikrində olmadığı bildirilib. Onlar əsas oyunçunu ən pis halda yaya kimi komandada saxlamaq istəyir.

Qış fasiləsində Asmir Beqoviçlə yollarını ayıracaq "Qarabağ"ın bosniyalı qolkiperin boşluğunu məhz Qladki ilə dolduracağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”