"Qarabağ" kisənin ağzını geniş açdı… FANTASTİK ÖDƏMƏ!

27 Fevral 13:00 Qarabağ 11 581
"Qarabağ" kisənin ağzını geniş açdı… FANTASTİK ÖDƏMƏ!

«Qarabağ» ötən həftə tarixinin ən böyük uğurunu əldə etdi.

Ağdam təmsilçisi Avropa Liqasında pley-off səddini aşdı.

Burada «Braqa» ilə üz-üzə gələn «köhlən atlılar» Bakıda 2:3 hesabıyla uduzsa da, Portuqaliyada əldə etdiyi nəticəyə (4:2) görə 1/8 final mərhələsinə vəsiqə qazandı.

Bu şanlı zəfər klub rəhbərliyi tərəfindən qiymətləndirilib. Əsas heyətdə meydana çıxan hər bir futbolçuya 50 min manat mükafat ödənilib.

Oyuna sonradan daxil olanlar bu məbləğin 75 faizini alıb. Ehtiyatda qalanlara 25 min manat verilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti