Ndlovu yenidən “Qarabağ”da oynamaq istəyir? - FOTO

11 Noyabr 2019 21:06 Qarabağ 1 236
Ndlovu yenidən “Qarabağ”da oynamaq istəyir? - FOTO

Avropa Liqasının qrup mərhələsinin IV turunda Kiprdə APOEL-ə məğlubiyyətdən (1:2) sonra “Qarabağ”ın ən çox tənqid olunan futbolçusu Maqaye Qeye idi.

Sportinfo.az xəbər verir ki, azarkeş səhifələri Ağdam klubunun keçmiş forvardı Dino Ndlovunun fotolarını paylaşmaqla ondan ötrü darıxdıqlarını və geri dönməsini arzulayırlar.

Cənubi afrikalı futbolçu paylaşımların çox olduğunu görüb, onlardan bəzilərini hekayə bölümünə yerləşdirib. Onun bu addımını “Qarabağ”a qayıtmasının əlehinə olmadığına işarə saymaq olar.

Dino hazırda Çin I Divizionunda çıxış edən “Hançjou Qrintaun” klubunda oynayır. 29 yaşlı forvard ən çox maaş alan cənubi afrikalı futbolçulardan biridir. Ndlovunun Çin klubu ilə iki illik müqaviləsi mövcuddur. 2016-2017-ci illərdə “Qarabağ”da oynamış Dino 32 oyuna 17 qol vurmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti