COP29

“Qarabağ” çox gülcüdür deyə bilmərəm"

28 May 23:20 Qarabağ 2 744
“Qarabağ” çox gülcüdür deyə bilmərəm"

Sportinfo.az “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin müsahibəsini təqdim edir:

- “Qarabağ” çempionluq kubokuna qovuşdu. Əvvəlcə təəssüratlarınızı öyrənmək istərdik.

- Təəssüratlarım çox əladır. Gördüyünüz kimi, stadionda əla ab-hava var idi. Komanda yoldaşlarımı, rəhbərliyi, azarkeşləri – bir sözlə, hər kəsi təbrik edirəm. Arzu edirəm ki, bundan sonra da növbəti çempionluqlarımızı qeyd edək.

- Bu çempionluğun əvvəlkilərdən nə fərqi var idi?

- Açığı, o qədər də fərq görmürəm. Düzdür, mövsüm ərzində çətin oyunlarımız oldu. Ümumiyyətlə, çempionluq asan əldə olunmur. Komanda olaraq çox yaxşı çıxış elədik. Düşünürəm ki, qızıl medallara layiq idik.

- Sona 8 tur qalmış çempionluğun rəsmiləşməsi nəyi göstərir: “Qarabağ” çox güclü idi, yoxsa rəqiblər istənilən səviyyədə deyildilər?

- “Qarabağ” çox gülcüdür deyə bilmərəm. Düzdür, bu dəfə çempionluğu nisbətən erkən təmin etdik. Əvvəlki mövsümlərdə elə olurdu ki, sona qədər mübarizə gedirdi, yaxud mövsümün yekunlaşmasına 2-3 tur qalmış çempionluğumuz rəsmiləşirdi. Belə hallar olur. 8 tur öncədən çempion olmağımız o demək deyil ki, biz çox güclüyük, digərləri zəifdir. Xeyr, belə deyil. Özünüz də gördünüz ki, 2-3-4-cü yerlər uğrunda son dəqiqəyə qədər mübarizə getdi.

- "Qarabağ” mövsümü “qızıl dubl”la başa vura biləcək?

- Fikrimiz budur. Bizim üçün hələ mövsüm bitməyib. Artıq bütün diqqətimizi finala yönəldəcəyik. Həmin matçda da qalib gəlmək istəyirik.

- Bəlkə də hələ tezdir bu barədə danışmaq, amma istənilən halda azarkeşlərə maraqlıdır: yeni mövsümdə avrokuboklarda “Qarabağ”dan nə gözləmək olar?

- Düz qeyd edirsiniz, bu barədə danışmaq üçün hələ tezdir. Ümumi olaraq deyə bilərəm ki, “Qarabağ” həmişə maksimumu edib. Yenə də bacardığımız qədər irəli getməyə çalışacağıq.

- Bu mövsüm Çempionlar Liqası (ÇL) fərqli formatda keçiriləcək, ilklər isə həmişə maraqlı olur. Bu məqam “Qarabağ”ın ÇL-in qrup mərhələsində oynamaq üçün motivasiyasını artıra bilər?

- İndidən bu barədə bir söz deyə bilmərəm. Bunu yalnız turnirdə oynayandan sonra görərik (gülür).

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 18:10 Çək və bizə göndər!