COP29

"Qurban Qurbanov bu gedişdə ondan imtina edəcək"

26 May 16:30 Qarabağ 4 759
"Qurban Qurbanov bu gedişdə ondan imtina edəcək"

«Qarabağ»ın digər futbolçularından fərqli olaraq, onun performansı ilbəil zəifləyir».

Bu sözlər "Sportinfo"nun təsisçisi İlkin Vaqifoğluna məxsusdur.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində Amin Ramazanov barədə sualı cavablandırıb.

Bildirib ki, «Zenit»in yetirməsi olan qapıçı Ağdam klubunda tez-tez şans qazanmır, meydana çıxdığı matçlarda isə səhvləri ilə yadda qalır.

İ.Vaqifoğlu deyib ki, Qurban Qurbanov daim gənclərə etimad göstərir, lakin güvəndiyi oyunçunun buna qarşılıq vermədiyini görəndə onun üzərindən əlini çəkir.

Müsahib təcrübəli baş məşqçinin bu gedişlə Ramazanovun xidmətindən imtina edəcəyini gözlədiyini söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"