COP29

"Qarabağ"da 5 nəfərlik müəmma

19 May 22:30 Qarabağ 2 863
"Qarabağ"da 5 nəfərlik müəmma

Premyer Liqanın 35-ci turunda "Qarabağ" öz meydanında "Turan Tovuz"u qəbul edib (4:3).

Ağdamlıların heyətində 5 futbolçunun - Marko Yankoviç, Toral Bayramov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə və Marko Veşoviçin yer almaması azarkeşlərdə sual doğurub.

Narahatlığıa gərək yoxdur. Veşoviç xaric, digər oyunçuların heç birində zədə, yaxud başqa narahatlıq yoxdur. Baş məşqçi Qurban Qurbanov onlara istirahət imkanı yaradıb.

Bu isə təsadüfi deyil. Adları çəkilənlər milli komandaların martdakı toplanışı zamanı istirahət imkanından məhrum olublar. Üstəlik, iyunda yığma komandaların növbəti oyunları olacaq.

Qurbanov adları çəkilənlərin fiziki və psixoloji baxımdan rahat olması üçün onları "Turan Tovuz"la oyundan azad edib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!