"Qarabağ"ın hücumçusunun bu görüntüsü böyük rezonans doğurdu - VİDEO

3 Aprel 00:30 Qarabağ 1 910
"Qarabağ"ın hücumçusunun bu görüntüsü böyük rezonans doğurdu - VİDEO

"Qarabağ"ın braziliyalı hücumçusu Olavio Juninyo diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, onun şəhərdə dönər almasının görüntüsü yayılıb.

Futbolçu lavaşda dönər aldıqdan sonra onu elə küçədəcə yeməyə başlayıb.

"Qarabağ" Juninyonu 2023-cü ildə Portuqaliyanın "Çaves" klubundan heyətinə qatıb. Braziliyalı bu mövsüm Premyer Liqada 17 qol vuraraq 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Juninyo Avrokuboklarda Ağdam təmsilçisinin əsas qol silahına çevrilib. Futbolçu 2023/24 mövsümündə Avroliqada 10 oyun keçirərək 5 qol və bir məhsul ötürməyə imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti