COP29

"Qarabağ"ı tənqid etmək olarmı?

2 Dekabr 2023 16:40 Qarabağ 841
"Qarabağ"ı tənqid etmək olarmı?

Sosial şəbəkələrdə yazılan şərhlərin bir çoxunu oxumuşam.

Virtual aləmin klaviatura qəhrəmanları iddia edir ki, Qurban Qurbanov ikinci hissədə müdafiə futbolu oynatdı,

«Molde» dərələrdən yel kimi, təpələrdən sel kimi üstümüzə axın etdi, 1 xalı zar-zor qopardıq. Kənardan döyüş asan gəlir, işin içində (meydanda) olmasan, danışmağa nə var ki!

Çempionumuz qəsdən arxaya çəkilib orta sahəni boşaltmadı. «Molde» onu məcbur etdi.

İtirməyə heç nəyi qalmayan adamlardan həmişə ehtiyatlanmaq lazımdır, hər şey edə bilər.

«Molde» dördhissəli tamaşanın ilk üç hissəsində kaloritli çıxış edə bilməyən tərəf kimi son gücünü toplayınca, oyunun ssenarisi dəyişdi, üstəlik, zədələr «Qarabağ»ı haldan saldı.

Mən də çox şey istəyə, çox şey deyə bilərəm. Buna imkan və güc varmı? «Kəpəz» deyil e, «Molde»dir bu. büdcəsinə görə «Bayer»dən sonra qrupun ən güclü iştirakçısıdır.

Julio Romaonun yoxluğu, Marko Yankoviç, Pantrik və Leandro Andradenin əldən düşməsi, Abdulla Zubirin dar qəfəsdəymiş kimi küncə sıxılması «Molde»nin əməyinin nəticəsi idi, gərək bu məqama xüsusi diqqət yetirək, rəqibin əziyyətini, istək və iradəsini görməzdən gəlməyək.

Sən sərfəli nəticə əldə etməyi arzulayırsan, o da bunun üçün çalışır.

O da başa düşür ki, qazansa, ikinci yerin biletini cibinə qoyacaq, uduzsa, Konfrans Liqasına enəcək. İmic və pul - bu, «Molde»ni bütün meydanboyu çılğın etdi, döyüşdürdü.

«Qarabağ» əjdahanın ağzından qurtuldu yenə də. Orta sahədə top saxlamağa taqət olmayandan sonra 1 xalı qopara bildiksə, Tanrıya çoxlu-çoxlu şükranlarımızı dilə gətirməliyik.

Sevinək ki, «Qarabağ» Bakıya bir şeylər saxladı. Burada «Haken»ə qalib gəlsək, yaxud heç-heçə etsək, ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanacağıq.

Təbii ki, «Molde»nin də Almaniyada uduzması şərtiylə.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"