"Qarabağ"ın ləzzət dolu Masazır sərgüzəşti - VİDEO

28 Noyabr 2023 15:00 Qarabağ 613
"Qarabağ"ın ləzzət dolu Masazır sərgüzəşti - VİDEO

Premyer Liqanın 14-cü turunda ötən mövsümün ən iddialı iki komandası - «Qarabağ»la «Sabah» üz-üzə gəldi.

Masazırda keçirilən qarşılaşma son çempionun 2:1 hesablı qələbəsiylə başa çatdı.

«Bayquşlar» ilk hissədə Emmanuel Apehin qaçırdığı penalti ilə ruhdan düşüncə, «köhlən atlılar» fasilədən sonra 3 dəqiqəlik intervala vurduğu iki qolla qalibiyyətin sevincini yaşadı.

Öncə Toral Bayramov penaltini dəyərləndirdi, ardınca da Nəriman Axundzadə fərqləndi.

«Qarabağ»lı futbolçuların bu sevincli anları kameralara tuş gəlib. «Sabah»ı yenməyin onlarda yaratdığı müsbət enerjini görməyə dəyərdi.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var