
“Qarabağ” “Molde”yə qarşı Norveçdə keçiriləcək oyunda komandanı dəstəkləmək istəyən azarkeşlərə müraciət edib.
Sportinfo.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.
Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək “Molde” (Norveç) – “Qarabağ” matçında Ağdam təmsilçisinə 737 ədəd bilet ayrılıb.
Biletlər oyun günü – noyabrın 30-u yerli vaxtla saat 19:00-dan etibarən “Molde” stadionunun K sektorunun qarşısında satılacaq.
Biletin qiyməti: 400 Norveç kronu (təqribən 17,05 avro) təşkil edir. Bilet almaq istəyən şəxslərdən özləri ilə şəxsiyyəti təsdiq edən sənəd götürmək tələb olunur.