Qurban Qurbanov dedi ki…

26 Noyabr 2023 01:10 Qarabağ 1 042
Qurban Qurbanov dedi ki…

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Patrik Andrade haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, kabo-verdeli yarımmüdafiəçi haqda sualı da cavablandırıb.

Q.Qurbanov bildirib ki, Patrik Andrade özünə qayıdır: “Çox irəliləyiş qət edib. Patrik və Leandro Andrade günorta saatlarında Bakıya çatmışdılar.

Komanda ilə heç məşq də etməmişdilər, 24 saat yolda olublar. Onların Esvatini ilə oyunları noyabrın 21-də idi. İnanın ki, onları meydana buraxaraq risk də etmək istəmirdim. Amma lazım idi. Oyunun gedişatına görə də, lazım gəldi”.

Q.Qurbanovun sözlərinə görə, Patrik son vaxtlar çox yaxşı proqram üzrə çalışır və bütün məşqlərdə ən yaxşılardan biridir:

“Patrik qayıdıb. Qarşıdakı matçlarda Patrik, Yankoviç, Riçard Almeyda, Romao - hamısından oyuna görə istifadə edəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız