Musa Qurbanlının QİYMƏTİ 1 MİLYON OLDU

4 İyun 19:25 Qarabağ 5 199
Musa Qurbanlının QİYMƏTİ 1 MİLYON OLDU

2022/23 mövsümün üçün Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların yekun transfer dəyəri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, “Transfermarkt” idman portalının açıqladığı siyahıya “Neftçi”nin kapitanı Emin Mahmudov başçılıq edir.

Onun transfer dəyəri 1,4 milyon avrodur. Onun qiymətində dəyişiklik baş verməyib.

İkinci pillədə Premyer Liqanın və “Qarabağ”ın bombardiri Ramil Şeydayev qərarlaşıb. Millimizin üzvünün dəyəri 1,2 milyon avrodur. Dekabrda açıqlanan siyahı ilə müqayisədə onun qiyməti 400 min avro artıb.

Üçüncü sıraya üç futbolçu şərikdir. “Sabah”ın legioneri Aleksey Kaşuk, “Qarabağ”ın üzvləri Yassin Benzia və Musa Qurbanlının dəyəri eynidir – 1 milyon avro.

Müqavilə ilə “Şaxtyor”a (Donetsk) məxsus olan Kaşuk 300, Musa isə 400 minlik irəliləyişə nail olub. Onlardan fərqli olaraq Benzia yarım milyon dəyər itirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu