Qurban Qurbanovun bu addımının səbəbi nədir?

1 İyun 2023 23:00 Qarabağ 1 867
Qurban Qurbanovun bu addımının səbəbi nədir?

"Qarabağ" Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünü çempion kimi başa vurdu.

Bu, ağdamlıların tarixində 10-cu belə uğurdu.

Qaliblərin mükafatlandırma mərasimi Premyer Liqanın son turunun son matçı olan "Qarabağ" - "Turan Tovuz" görüşündən sonra baş tutdu.

Mərasimdə hər kəsin diqqətini çəkan bir məqam iki gündü çox danışılır.

Söhbət uğurların əsas memarı hesab olunan baş məşqçi Qurban Qurbanovun medalsız qalmasından gedir.

Təcrübəli mütəxəssis nə medal üçün kürsüyə qalxdı, nə də sonra medalını boynuna asdı.

Haqqlı olaraq bu da "görəsən, niyə?" sualına yol açmış oldu.

Hətta bunu boykot kimi qələmə verənlər də oldu.

Amma klubdan əldə etdiyimiz məlumata görə, məsələnin kökündə hər hansı xüsusi səbəb yoxdur.

Təkcə baş məşqçi yox, ondan başqa bir neçə şəxs də kürsüyə qalxmayıb.

Bu da əvvəldən belə planlanıb.

Hətta ötən mövsüm də mənzərə buna oxşar olub. Qurbanov medal üçün kürsüyə qalxmayıb.

XAANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti