“Qarabağ”dan göndəriləcək futbolçu PƏRİŞAN DURUMDA - FOTO

28 May 2023 17:45 Qarabağ 4 086
“Qarabağ”dan göndəriləcək futbolçu PƏRİŞAN DURUMDA - FOTO

Mövsümün sonunda “Qarabağ”dan ayrılacağı deyilən futbolçuların başında Filip Ozobiç dayanır.

Azərbaycan millisinin də şərəfini qoruyan əslən xorvatiyalı yarımmüdafiəçinin son 1 ildəki durumu karyerasını Ağdam təmsilçisində davam etdirəcəyinə dair inam yaratmır.

Görünür, səbəbkar özü də söhbətin fərqindədir.

Filipin “instagram” hesabında etdiyi paylaşım məlum xəbərə şübhə yeri qoymayıb. Sonuncu dəfə 10 ay əvvəl paylaşım edən təcrübəli yarımmüdafiəçi uzun ayrılıqdan sonra izləyicilərinin görüşünə gəlib.

Ozobiç restoranda oturmuş, gözlərini düşüncəli halda bir nöqtəyə zilləmiş şəklini paylaşıb. Futbolçular və izləyicilər səbəbkara müxtəlif rəylər yazsa da, “19 nömrə” şərhləri cavabsız qoyub.

10 aydan sonra, həm də kefsiz vəziyyətdə paylaşılan foto ayrılıq mesajına daha çox oxşayır.

2018-ci ilin yayndan “köhlən atlar”ın şərəfini qoruyan Filip Ozobiç 4 dəfə Azərbaycan çempionu olub, 1 dəfə ölkə kubokunu qazanıb.

O, 5 il ərzində meydana çıxdığı 151 oyunda 42 qol vurub, 36 məhsuldar ötürmə verib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!