“Qarabağ” yeni müqavilə bağlamaq üçün nə qədər əlavə xərc çəkdi?

11:20 Qarabağ 329
“Qarabağ” yeni müqavilə bağlamaq üçün nə qədər əlavə xərc çəkdi?

“Qarabağ” Pedro Bikalyo ilə müqavilə müddətini uzadıb.

Braziliyalı yarımmüdafiəçi ilə yeni 3 illik sözləşmə imzalanıb.

Razılaşmaya əsasən, P.Bikalyo 2029-cu ilin yayına qədər Ağdam klubunda çıxış edəcək.

2025-ci ildən “Qarabağ”ın formasını geyinən 24 yaşlı “sambaçı“ 51 oyun keçirib və 1 qola imza atıb.

Ötən mövsüm ÇL-in oyunlarından sonra Bikalyoya Avropa və Braziliya klublarından maraq var idi. Onun yayda komandadan ayrıla biləcəyi ehtimalı yaranmışı.

Cənubi amerikalının baş məşqçi Qurban Qurbanova yaxınlaşaraq, “mənə çoxlu dəvətlər gəlib, nə fikirləşirsiz“ deyə soruşması da məlumdur.

Ağdam klubu Bikalyonun diqqətini yalnız bura yönəltməsi üçün əlavə xərcə düşməyə razılaşıb.

Onun əməkhaqqısı iyunun 1-dən etibarən artırılıb. “Köhlən atlar“ əvvəlki müqavilə ilə müqayisədə 20 faiz artıma gedib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!