"Qarabağ" yeni mövsümün hazırlıqlarına start verib.
Sportinfo.az xəbər verir ki, bir müddətdir zədədən əziyyət çəkən Bəhlul Mustafazadə və Musa Qurbanlı artıq sıraya dönüb:
Zədəlilərdən yalnız Joni Montiel hələ komandaya qoşulmayıb.
O, iyunun 16-da komandanın düşərgəsində olacaq. Yarımmüdafiəçi hazırda ölkəsi İspaniyada bərpa prosesini davam etdirir.
Bəhlul adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbində martın 1-də, ayaq barmağı sınan Montiel mayın 1-də əməliyyat olunmuşdu.
Dizində problem olan Musa isə başa çatan mövsümün son oyunlarını buraxıb.

