"Qarabağ" kimi böyük bir kluba qoşulmaq mənim üçün şərəfdir".
Sportinfo.az xəbər verir ki, bu sözləri Ağdam təmsilçisinin yeni transferi Jali Muaddib sosial şəbəkə hesabında yazıb.
25 yaşlı fransalı vinger bunları qeyd edib:
"Mənə göstərdiyiniz etimada görə təşəkkür edirəm. Özümü xoşbəxt və qürurlu hiss edirəm.
Yeni mövsümün başlamasını səbirsizliklə gözləyirəm, tezliklə görüşənədək".
"Qarabağ" onunla 3 illik müqavilə imzalayıb. 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər burada çıxış edəcək.
O, komandada 7 nömrəli formanı geyinəcək.
Jalinin son klubu Kipr təmsilçisi “Omoniya” (Aradippou) olub. Karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarında, həmçinin “Avranş”da, Rumıniyada “Botoşani”də çıxış edib. Fransanın U-19 millisinin də formasını geyinib.

