“Bura pul üçün gəlməmişəm” - “Qarabağ”a tramplin gözü ilə baxdığını gizlətmədi

7 Fevral 2023 13:20 Qarabağ 1 618
“Bura pul üçün gəlməmişəm” - “Qarabağ”a tramplin gözü ilə baxdığını gizlətmədi

“Qarabağ”a transferi daha güclü komandaya keçmək üçün yaxşı fürsət kimi görürəm.

Bura pula görə gəlməmişəm”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın qış transfer dönəmində heyətinə qatdığı Redon Cica ölkəsi Albaniyanın “Sport Magazine” proqramına açıqlamasında deyib.

Premyer Liqanın XX turunda “Şamaxı” (3:1) ilə görüşün 64-cü dəqiqəsində meydana daxil olaraq Ağdam klubunun heyətində debüt edən 25 yaşlı hücumçu buna görə şad olduğunu bildirib:

“Qarabağ”da debüt etmək çox xoş idi. Kollektivə yaxşı uyğunlaşıram, “Şamaxı” ilə matçda komanda yoldaşlarımla bir-birimizi başa düşürdük.

Futbolçulara yaxınlaşmağın çətin olacağını düşünürdüm, amma hamı məni çox yaxşı qarşıladı”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu