"Qarabağ"a uduzmaq fəlakət idi, bizi sanki "dağıldılar"

28 Yanvar 2023 23:20 Qarabağ 4 286
"Qarabağ"a uduzmaq fəlakət idi, bizi sanki "dağıldılar"

"Lex" in baş məşqçisi Con Van den Brom Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Qarabağ"la oyunlarını xatırlayıb.

Sportinfo.az xəbət verir ki, "Meczyki" portalına danışan niderlandlı mütəxəssis Azərbaycan klubu ilə cavab görüşünü fəlakət adlandırıb:

Cavab görüşünün nəticəsi sadəcə fəlakət idi. Həmin oyunda komanda sanki "dağıldı". Biz mütəşəkkil və kompakt deyildik.

Böyük məyusluq yaşadıq. Çünki evdə 1:0 hesablı qələbədən sonra, səfərdə 1:5 uduzduq. Həmin oyunda çox şey öyrəndik. Mən özüm də, həmçinin. Çox çətin idi.

Bakıdakı oyundakı uğursuzluğu müdafiənin mərkəzindəki problemlərlə və ya başqa səbəblərlə izah etmək olardı. Çox səhvlər etdik.

Bu qədər səhv edirsən, rəqib də bundan yararlana bilirsə, demək ki, məğlub olacaqsan. Amma biz “Qarabağ”ın necə komanda olduğunu və heyətində hansı futbolçuların yer aldığını da xatırlamalıyıq.

Bu komanda hər mövsüm avrokuboklarda qrup mərhələsində oynayırlar. "Qarabağ" çox keyfiyyətli komandadır, bunu unutmaq olmaz".

Digər Xəbərlər
Xəbər Lenti