"Qarabağ" bu transfer üçün yarım milyonundan keçib, yoxsa..? - FOTO

25 Yanvar 2023 09:40 Qarabağ 1 576
"Qarabağ" bu transfer üçün yarım milyonundan keçib, yoxsa..? - FOTO

Sportinfo.az-ın günlər öncə yaydığı xəbər dünən öz rəsmi təsdiqini tapdı:

"Qarabağ" Albaniya millisinin futbolçusu Redon Cicanın transferini açıqladı.

Son olaraq ölkəsində "Tirana"nın formasını geyinmiş 25 yaşlı vingferlə 3,5 illik müqavilə imzalanıb.

Konkret desək, hücumameyilli yarımmüdafiəçi ilə anlaşmanın müddəti 2026-cı il iyunun 30-dəkdir. O, yeni klubunda 99 nömrəli forma ilə çıxış edəcək.

Redon Cica karyerası ərzində yalnız öz ölkəsində çıxış edib. "Şkendiya"nın yetirməsi 2017-ci ildə "Laçi"yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub.

O, 2021-ci ildən formasını geyindiyi "Tirana"da 49 oyuna 29 qol vurub.

Sosial şəbəkələrdə bu transferlərlə bağlı müxtəlif iddialar yayılıb. Onların əksəriyyətinə görə, albaniyalı Azərbaycanda ilinə yarım milyon dollardan çox pul qazanacaq.

Bizdəki məlumata görə, bu, həqiqəti əks etdirmir. Cicanın ilk mövsümündə əldə edəcəyi gəlir 250-300 min dollar civarında olacaq.

Növbəti sezonlarda isə bu mövsüm hissə-hissə artırılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!