"Mənim kimi oyunçuya etibar eləmək asan deyil – Riskə getmək istəmədi"

3 Oktyabr 2022 12:40 Qarabağ 1 333
"Mənim kimi oyunçuya etibar eləmək asan deyil – Riskə getmək istəmədi"

"Tezliklə "Qarabağ"dakı formamı bərpa edəcəm".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın sabiq legioneri Xayme Romero İspaniyanın "Kartaxena" komandasına keçidi barədə AS nəşrinə açıqlamasında deyib.

Sequnda təmsilçisi ilə cari mövsümün sonunadək müqavilə imzalayan 32 yaşlı hücumameylli yarımmüdafiəçi qısa zamanda komanda yoldaşları ilə eyni səviyyədə olacağını bildirib:

"Yay ərzində çox çalışdım və öz qabiliyyətlərimə arxayınam. Komandada rəqabət çox yüksəkdir. Bu heyətlə istənilən məqsəd üçün mübarizə aparmaq olar".

Xayme Romero 2019 - 2022-ci illərdə "Qarabağ"ın formasını geyinib. İspaniyalı vinger uzunmüddətli zədədən qayıtmasına baxmayaraq, ona etimad göstərən məşqçilər heyətinə təşəkkür edib:

"Mənim kimi ciddi zədəsi olan oyunçuya etibar etmək asan deyil. "Albasete" risk etmək istəmədi və mən bunu anlayışla qarşıladım.

Hazırkı komandama isə mənə dəstək olduğu üçün minnətdaram".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"