"Qarabağ" qrupdan çıxarsa… Futbolçularına böyük ödəniş edəcək!

29 Sentyabr 2022 13:00 Qarabağ 4 323
"Qarabağ" qrupdan çıxarsa… Futbolçularına böyük ödəniş edəcək!

Avropa Liqasında mübarizə aparan "Qarabağ"ın futbolçularını qarşıda böyük mükafat gözləyir.

G qrupunda çıxış edən Azərbaycan çempionu pley-off-a vəsiqə qazanarsa, hər oyunçusuna 50-55 min manat ödəyəcək.

Ağdam klubu iki turdan sonra 3 xal toplayıb. İlk həftədə "Frayburq"a Almaniyada 1:2 hesabıyla uduzan "köhlən atlar" Bakıda "Nant"a qalib gəlib - 3:0.

Qurban Qurbanovun komandası oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"un qonağı olacaq.

"Qarabağ" rəhbərliyi bu mövsüm artıq bir dəfə iri məbləğdə ödəniş edib.

Belə ki, Çempionlar Liqasında 3 mərhələ adlayan və Avroliqanın qrupp mərhələsinə birbaşa vəsiqə qazanan komandanın üzvlərinin hər birinə 45 min manat mükafat verilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti