Qurban Qurbanov problemlə üz-üzə

20 Sentyabr 2022 20:40 Qarabağ 4 476
Qurban Qurbanov problemlə üz-üzə

“Qarabağ”ın işləri qaydasında gedir.

Avropa Liqasında Fransanın köklü klublarından “Nant”ın qapısından 3 cavabsız top keçirən köhlən atlar Premyer Liqada “Zirə” ni meydana çıxmağa peşam etdi – 7:1.

Və belə bir məqamda millilərin oyunları ilə bağlı yaranmış fasilə başladı. “Qarabağ”ın futbolçuları kütləvi şəkildə müxtəlif yığmalara dəvət alıb.

Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Toral Bayramov, Abbas Hüseynov, Riçard Almeyda, Filip Ozobiç, Musa Qurbanli və Ramil Şeydayev Azərbaycanın əsas millisinin, Markolar – Veşoviçlə Yankoviç Monteneqro seçməsinin sıralarında olacaq.

Maksim Medvedevlə Rahil Məmmədov zədə səbəbindən kollektiv çalışmlardan ayrı düşübsə, Kevin Medina zədədən sonra hələ də tam gücü ilə məşq edə bilmir.

Bu isə o deməkdir ki, komandasının oyun potensialını istənilən səviyyəyə çatdıran Qurban Qurbanov təxminən 10-12 günlük müddətdə nə az, nə çox, 14 futbolçunun xidmətindən yararlana bilməyək.

Millilərə dəvət alan futbolçuların Millətlər Liqasının matçlarından sonra komandaya fiziki və psixoloji cəhətdən hansı vəziyyətdə qayıdacağı sual altındadır.

Gərgin oyunlar zamanı mümkün zədə ehtimalı da yox deyil. Qurban Qurbanovun indi ki əli ilə başını tutub gələcəklə bağlı dua etməsi anlaşılandır.

Komandasını qarşıda çempionatda “Neftçi” ilə vacib qarşılaşma, ardınca Avropa Liqasında “Olimpiakos”la səfər matçı gözləyir.

Bu ayın sonuna kimi “Qarabağ”ın hazırlığında iştirak edəcək əsas komandanın üzvləri bunlardır:

Luka Quqeşaşvili, Amin Ramazanov, Elvin Cəfərquliyev, Qara Qarayev, Julio Romao, Leandro Andrade, Kadi Borges, Abdullah Zubir, İsmayıl İbrahimli, Ovusu Kvabena.

Əsas komandanın 10 futbolçusuna məşq keçməyə məcbur olan Qurbanovun hazırlığın intensiivliyi üçün “Qarabağ-2”nin bir neçə üzvünü düşərgəyə dəvət etməsi mümkündür.

“Qarabağ” növbəti oyununu Premyer Liqanın 8-ci turu çərçivəsində oktyabrın 1-də “Neftçi”yə qarşı keçirəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti