"Qarabağ"da parlaq dönəm yaşayan Reynaldonun, görün, solğun günlərdə yadına nə düşdü... VİDEO

8 Avqust 2022 21:00 Qarabağ 2 361
"Qarabağ"da parlaq dönəm yaşayan Reynaldonun, görün, solğun günlərdə yadına nə düşdü... VİDEO

"Qarabağ" tarixində yaxşı iz buraxmağı bacaran simalardan biri də Reynaldo Silva olub.

2013-cü ilin yanvar ayı təmsilçimizin heyətinə qoşulan braziliyalı forvard ardıcıl 5 mövsüm bu komandanın uğurları üçün çalışıb.

Bu müddətdə 3 çempionluq, 2 ölkə kuboku qazanan 32 yaşlı hücumçu 3 dəfə də Avropa Liqasının qrup mərhələsində çıxış edib.

O, 2019-cu ildə isə ikinci qayıdışında 6 ay formasını geyindiyi komandanın heyətində ümumilikdə 131 matç meydana çıxıb. Bu görüşlərdə 61 qol vuran hücumçunu yəqin ki, "Qarabağ" azarkeşləri hələ uzun müddət unutmayacaq.

Zəngin karyeraya sahib olan "Sanbaçı" "Qarabağ"dan başqa "Anderlext", "Vesterlo, "Bürügge" (Belçika), "Aktobe" (Qazaxıstan), "Adanaspor" (Türkiyə), "Dinamo" (Batumi, Gürcüstan) kimi komandaların da şərəfini qoruyub.

Amma heç yerdə Qurban Qurbanovun rəhbərliyi altında olduğu kimi uğurlu ola bilməyib.

Əbəs deyil ki, o, illərdi komandamızdan ayrılsa da hələ də ölkəmizdə keçirdiyi günləri unutmur.

Zaman-zaman "Qarabağ"da keçirdiyi parlaq oyunlardan fotolar, videolar paylaşır.

Reynaldo Silva sonuncu dəfə cəmi bir gün əvvəl Çempionlar Liqasının seçmə mərhələsinin "Valetta" ilə görüşündə vurduğu əla qolu öz sosial şəbəkə hesabından paylaşıb.

2014-cü ilə təsadüf edən matç Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuşdu.

Səfərdə 1-0 qələbə qazanan "Qarabağ" cavab matçında Malta təmsilçisini darmadğın etmişdi - 4:0.

Qarşılaşmada ilk qolu Reynaldo bir hərəkətlə bütün rəqib müdafiəsini pərən-pərən salaraq qonaqların qapısından keçirmişdi.

32 yaşlı oyunçu peşəkar karyerasında sonuncu dəfə 2020-ci il "Dinamo"da (Batumi) çıxış edib.

Son iki ili isə gününü daha çox vətənində keçirilən həvəskar matçlarla keçirir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti