Hamı “Qarabağ”dan bu FOTOREPORTAJI GÖZLƏYİR

5 İyul 2022 09:00 Qarabağ 1 120
Hamı “Qarabağ”dan bu FOTOREPORTAJI GÖZLƏYİR

Qarabağ" bu gün Çempionlar Liqasında mübarizəyə başlayacaq.

Sportinfo.az xəbər verir ki, "köhlən atlar" I təsnifat mərhələsinin ilk oyununda Polşada "Lex"inin qonağı olacaq.

Poznan şəhərindəki eyniadlı stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşü ispaniyalı FIFA referisi Xose Luis Munuera idarə edəcək.

Oyun öncəsi Ağdam təmsilçisinin heyətində itki yoxdur. Meydan sahiblərindən isə 2 futbolçu oyunu buraxacaq.

Polşalı müdafiəçi Bartoş Salamon zədə səbəbindən, ispaniyalı yarımmüdafiəçi Dani Ramires isə Poznan təmsilçisindən ayrılmaq istədiyi üçün meydana çıxmayacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti